Yeni xəbərlər burada görünəcək.

Gecə tikintisi sakinləri bezdirdi

Leqal xəbər bildirirki, Paytaxtın Yasamal rayonunda yerləşən yaşayış binasının sakinləri yaxınlıqda aparılan tikinti işlərindən şikayətçidir. İddialara görə, “Bizim Ev MTK” tərəfindən görülən işlər artıq uzun müddətdir ki, sakinlərin gündəlik həyatına ciddi təsir göstərir. Bildirilir ki, gecə

9 baxış 3 dəq

Leqal xəbər bildirirki, Paytaxtın Yasamal rayonunda yerləşən yaşayış binasının sakinləri yaxınlıqda aparılan tikinti işlərindən şikayətçidir.
İddialara görə, “Bizim Ev MTK” tərəfindən görülən işlər artıq uzun müddətdir ki, sakinlərin gündəlik həyatına ciddi təsir göstərir. Bildirilir ki, gecə saatlarında belə ağır texnikaların işləməsi güclü səs-küyə səbəb olur və insanların istirahət hüququ pozulur. Sakinlərin sözlərinə görə, xüsusilə gecə saat 23:00-dan sonra başlayan işlər gecəyarısına qədər davam edir. Bu isə azyaşlı uşaqların və yaşlı insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Hətta binalarda divarların titrədiyi qeyd olunur.
Şikayətçilər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə etiraz etsələr də, vəziyyət dəyişməyib. Onlar aidiyyəti qurumlardan tikinti işlərinin qaydalara uyğun aparılmasını və gecə saatlarında dayandırılmasını tələb edirlər.

Xəbəri paylaş Dostlarınıza göndərin