Leqal xəbər məlumat verir ki, Kolumbiyada baş verən dəhşətli hadisə zamanı gizlənqaç oynayan azyaşlı bacı-qardaş həyatını itirib. Məlumata görə, 8 yaşlı qız və 5 yaşlı qardaşı oyun zamanı işləməyən dondurucuya girib.
İlkin ehtimala əsasən, elektrik enerjisi kəsilmiş vəziyyətdə olan dondurucunun qapısı bağlanıb və uşaqlar içəridə qalıb. Nəticədə onlar havasızlıqdan boğularaq həyatlarını itiriblər. Valideynlər evə qayıtdıqdan sonra uşaqları tapa bilməyərək axtarışa başlayıblar. Azyaşlılar daha sonra dondurucunun içində huşsuz vəziyyətdə aşkarlanıb.
Uşaqlar xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Gizlənqaç faciə ilə bitdi
Leqal xəbər məlumat verir ki, Kolumbiyada baş verən dəhşətli hadisə zamanı gizlənqaç oynayan azyaşlı bacı-qardaş həyatını itirib. Məlumata görə, 8 yaşlı qız və 5 yaşlı qardaşı oyun zamanı işləməyən dondurucuya girib. İlkin ehtimala əsasən, elektrik enerjisi kəsilmiş vəziyyətdə olan dondurucunun
29 baxış
3 dəq
