İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Gələn il ambulator dərman vasitələri icbari tibbi sığorta hesabına təmin ediləcək

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. Leqal Xəbər Report-a əsasən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes

6 baxış 3 dəq
Gələn il ambulator dərman vasitələri icbari tibbi sığorta hesabına təmin ediləcək

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır.

Leqal Xəbər Report-a əsasən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu" çərçivəsində baş tutan "Qurumların fəaliyyəti, işəgötürənlətlı əməkdaşlıq və əmək bazarının aktual məsələləri" mövzusundakı panel sessiyada deyib.

Onun sözlərinə görə, hazırda vətəndaşlar icbari tibbi sığorta hesabına yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər zamanı istifadə olunan dərman preparatları və tibbi sərfiyyat materialları ilə dövlət hesabına təmin edilirlər:

"Ambulator şəraitdə isə onlara resept əsasında təyin olunan dərman preparatlarını öz vəsaitləri hesabına əldə edirlər. Lakin gələn ilin aprel ayından etibarən bu istiqamətdə də müvafiq mexanizmlərin tətbiqinə başlanılması planlaşdırılır. Bununla bağlı artıq funksional, qanunvericilik və normativ tərəflər hazırlanıb, müvafiq layihələr təsdiqə göndərilib. Yaxın günlərdə onların təsdiqlənəcəyini ehtimal edirik".

R.Rzayev bildirib ki, ilkin mərhələdə daha təxirəsalınmaz xəstəliklərdən biri olan arterial hipertenziyanın, yəni yüksək arterial qan təzyiqinin müalicəsini təmin edən və dəstəkləyən dərman preparatlarının 26 adda xidmətlər zərfi çərçivəsində vətəndaşlara təqdim edilməsi planlaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin