İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Gənc şahmatçılarımız Avropa çempionatında üç medal qazanıblar

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatına yekun vurulub. Leqal Xəbər bildirir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb. Bildirilib ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova 9-cu turda FIDE

9 baxış 3 dəq
Gənc şahmatçılarımız Avropa çempionatında üç medal qazanıblar

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatına yekun vurulub.

Leqal Xəbər bildirir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova 9-cu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub etməklə yarışı maksimal nəticə ilə başa vurub. Bir tur əvvəl çempionluğu təmin edən Nərmin 9 turda 9 xalla fenomenal nəticəyə imza atıb.

18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını 7-yə çatdırıb. Bununla Davudov qitə çempionatının gümüş medalını qazanıb.

8 yaşlı qızların yarışında Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsüdə yerini təmin edib. O Avropa çempionatının bürünc medalçısı olub.

Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla vuraraq komanda hesabında 42 ölkə arasında 3-5-ci yerləri bölüşdürüb.

Xəbəri paylaş Dostlarınıza göndərin