Yeni xəbərlər burada görünəcək.

GƏNC QIZA ZORAKILIQ EDƏN ŞƏXS SAXLANILDI

Leqal xəbər məlumat verir ki, Bakıda Dənizkənarı bulvar ərazisində gənc qıza qarşı zorakılıq etdiyi iddia olunan şəxs saxlanılıb. Məlumata görə, hadisə ilə bağlı sosial şəbəkələrdə videomüraciət yayılıb. Gənc qız bildirib ki, bulvar ərazisində video çəkən zaman naməlum şəxs ona qarşı zorakılıq

15 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Bakıda Dənizkənarı bulvar ərazisində gənc qıza qarşı zorakılıq etdiyi iddia olunan şəxs saxlanılıb.

Məlumata görə, hadisə ilə bağlı sosial şəbəkələrdə videomüraciət yayılıb. Gənc qız bildirib ki, bulvar ərazisində video çəkən zaman naməlum şəxs ona qarşı zorakılıq etməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, daxil olan məlumat əsasında əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilib ki, onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb.

Xəbəri paylaş Dostlarınıza göndərin