Yeni xəbərlər burada görünəcək.

GƏNCƏDƏ BAŞ VERMİŞ AĞIR QƏZA

Xəbər verdiyimiz kimi, şəhərin Nizami Gəncəvi prospektində evakuator iki “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Gencexeber.az-ın məlumatına görə, minik avtomobillərindən birini orta yaşlı kişi - Elmir Kazımov, digər maşını isə 1993-cü il təvəllüdlü Rza Əliyev idarə edib. Xoşbəxtlikdən

6 baxış 3 dəq

Xəbər verdiyimiz kimi, şəhərin Nizami Gəncəvi prospektində evakuator iki “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Gencexeber.az-ın məlumatına görə, minik avtomobillərindən birini orta yaşlı kişi - Elmir Kazımov, digər maşını isə 1993-cü il təvəllüdlü Rza Əliyev idarə edib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, zərbənin təsirindən avtomobillərdən biri idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb və nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.


Xəbəri paylaş Dostlarınıza göndərin