LEQAL XƏBƏR məlumat verir ki, Gəncədə qadın qətlə yetirilib.
Məlumata görə, hadisə şəhər ərazisində yerləşən bazarda baş verib. 1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 64 yaşlı L.Verdiyevanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən oğlu, 44 yaşlı Ramin İsmayılov saxlanılıb.