Yeni xəbərlər burada görünəcək.

GƏNCƏDƏ XƏSTƏXANADA HƏYATINI İTİRƏN AZYAŞLININ ÖLÜM SƏBƏBİ AÇIQLANDI

Gəncədə xəstəxanada vəfat edən yaşyarımlıq azyaşlının ölüm səbəbi açıqlanıb. LEQAL XƏBƏR verir ki, TƏBİB-in məlumatına əsasən, 2024-cü il təvəllüdlü qız uşağı iyunun 30-da saat 11:30-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə

7 baxış 3 dəq
Gəncədə xəstəxanada vəfat edən yaşyarımlıq azyaşlının ölüm səbəbi açıqlanıb.
LEQAL XƏBƏR verir ki, TƏBİB-in məlumatına əsasən, 2024-cü il təvəllüdlü qız uşağı iyunun 30-da saat 11:30-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Serebral iflic xəstəliyindən əziyyət çəkən azyaşlıya bütün zəruri reanimasiya tədbirləri göstərilsə də, törədicisi müəyyən olunmamış pnevmoniya və ağciyər-ürək çatışmazlığı səbəbindən iyulun 1-i saat 23:50-də bioloji ölüm faktı qeydə alınıb.
Daşkəsən rayon sakini olan D.Murquzovanın xəstəxanaya yüksək hərarətlə gətirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş Dostlarınıza göndərin