Yeni xəbərlər burada görünəcək.

” Gold Məkan” tikinti şirkətinin direktoru həbs edildi

Bakı şəhərində, xüsusilə Nərimanov rayonunda yaşayış binalarının söküntüsü və yeni çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan ” Gold Məkan” tikinti şirkətinin direktoru azadlıqdan məhrum edilib. Bu barədə Leqalxeber.az-a məlumat daxil olub. Bildirilir ki, “Gold Məkan” MMC tikinti şirkətinin

8 baxış 3 dəq

Bakı şəhərində, xüsusilə Nərimanov rayonunda yaşayış binalarının söküntüsü və yeni çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan ” Gold Məkan” tikinti şirkətinin direktoru azadlıqdan məhrum edilib.

Bu barədə Leqalxeber.az-a məlumat daxil olub.

Bildirilir ki, “Gold Məkan” MMC tikinti şirkətinin direktoru Məmmədov Allahşükür Əliməmməd oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 308.2 maddəsi ilə Nərimanov rayon məhkəməsində 02.10.26-ci il tarixdə təqsirli bilinib.

O, barəsində 3 il 6 ay azadlıqdan məhrumetmə növündə cəza təyin edilərək məhkəmə zalında həbs olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin