Yeni xəbərlər burada görünəcək.

Gömrükdə bəyan edilməyən 433 mobil telefon aşkar olunub

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Leqal Xəbər Komitənin məlumatına əsaslanır. Bildirilib ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda

10 baxış 3 dəq

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Leqal Xəbər Komitənin məlumatına əsaslanır.

Bildirilib ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin