Yeni xəbərlər burada görünəcək.

GORANBOYDA QƏZA: 8 NƏFƏR XƏSARƏT ALDI

Leqal xəbər məlumat verir ki, Goranboy rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Hadisə səhər saatlarında Goranboy–Borsunlu–Gəncə magistral yolunda baş verib. Məlumata görə, Veyisli kənd sakini 1986-cı il təvəllüdlü sürücünün idarə etdiyi “Ford

8 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Goranboy rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Hadisə səhər saatlarında Goranboy–Borsunlu–Gəncə magistral yolunda baş verib.

Məlumata görə, Veyisli kənd sakini 1986-cı il təvəllüdlü sürücünün idarə etdiyi “Ford Fusion” markalı minik avtomobili ilə Balakürd kənd sakini 1990-cı il təvəllüdlü sürücünün idarə etdiyi “QAZel” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində xəsarət alanların Goranboy sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin