Yeni xəbərlər burada görünəcək.

Göyçayda saxlanılan şəxsdən narkotik vasitə və avtomat götürülüb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş 33 yaşlı Əlixan Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun yaşadığı

12 baxış 3 dəq

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş 33 yaşlı Əlixan Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun yaşadığı ünvandan psixotrop maddə olan metamfetamin, eləcə “Kalaşnikov” markalı avtomat və 126 ədəd patron aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbəri paylaş Dostlarınıza göndərin