Yeni xəbərlər burada görünəcək.

GÜCLÜ GEOMAQNİT QASIRĞASI BAŞLAYIR

Leqal xəbər məlumat verir ki, Bu gündən etibarən Yer kürəsində güclü geomaqnit qasırğasının müşahidə olunacağı açıqlanıb. Mütəxəssislərin proqnozuna görə, maqnit aktivliyi “qırmızı xəbərdarlıq” səviyyəsinə qədər yüksələ bilər. Elmi məlumatlara əsasən, geomaqnit aktivliyinin K-indeksi 5-ci səviyyəyə

9 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Bu gündən etibarən Yer kürəsində güclü geomaqnit qasırğasının müşahidə olunacağı açıqlanıb. Mütəxəssislərin proqnozuna görə, maqnit aktivliyi “qırmızı xəbərdarlıq” səviyyəsinə qədər yüksələ bilər.
Elmi məlumatlara əsasən, geomaqnit aktivliyinin K-indeksi 5-ci səviyyəyə çatacaq. Bu isə Yer kürəsinin maqnit sahəsində ciddi dalğalanmaların baş verə biləcəyini göstərir.
Mütəxəssislər bildirirlər ki, xüsusilə hava dəyişikliklərinə həssas insanlar bu təsirləri daha çox hiss edə bilərlər. Baş ağrısı, halsızlıq, yorğunluq, təzyiq dəyişiklikləri və yuxu pozuntuları kimi hallar arta bilər.
Geomaqnit qasırğaları Günəşdən yayılan yüklü hissəciklərin Yer kürəsinin maqnit sahəsi ilə toqquşması nəticəsində yaranır. Günəş küləyi və tac kütlə atılmaları bu prosesin əsas səbəbləri hesab olunur.
Alimlər belə günlərdə bol su içməyi, kifayət qədər istirahət etməyi, balanslı qidalanmağı və qapalı məkanları tez-tez havalandırmağı tövsiyə edirlər. Proqnozlara görə, mayın 17-dən sonra geomaqnit aktivliyində qismən azalma gözlənilir.
Xəbəri paylaş Dostlarınıza göndərin