LEQAL XƏBƏR məlumat verir ki, Bakıda keçirilən U17 dünya çempionatında 80 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın sərbəst güləşçisi Nihad Süleymanlı ilk görüşünü qələbə ilə başa vurub.
Təmsilçimiz ilk qarşılaşmada Qırğızıstan idmançısı Ali Zakirjanovla üz-üzə gəlib və rəqibini 10:0 hesabı ilə vaxtından əvvəl məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, çempionatda Azərbaycanın daha bir güləşçisi Hüseyn Rzazadə (48 kq) də mübarizəyə qoşulacaq.
Xatırladaq ki, bundan əvvəl Rəşid Nazarov (65 kq), Hakim Tağıyev (110 kq) və Abbas Şəfiyev (55 kq) ilk görüşlərində məğlub olublar.![]()