LEQAL XƏBƏR məlumat verir ki, avqustun 25-də Günəşdə növbəti güclü partlayış qeydə alınıb.
Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, Bakı vaxtı ilə saat 14:02-də 4513 (N03E05) Günəş ləkəsi qrupunda 41 dəqiqə davam edən M7.0 sinifli partlayış baş verib.
Məlumata görə, bu partlayışdan əvvəl də avqustun 25-də eyni Günəş ləkəsi qrupunda üç M sinifli partlayış qeydə alınıb.
İlk partlayış Bakı vaxtı ilə saat 05:26-da M2.0, ikinci saat 08:02-də M1.8, üçüncü isə saat 10:40-da M1.8 sinfində olub.
Beləliklə, avqustun 25-də Günəşdə eyni ləkə qrupunda dörd M sinifli partlayış qeydə alınıb.![]()