Yeni xəbərlər burada görünəcək.

GÜNORTA SAATLARINDA YORĞUNLUQDAN BELƏ XİLAS OLUN

LEQAL XƏBƏR məlumat verir ki, günorta saatlarında özünü halsız və yuxulu hiss edənlər üçün mütəxəssislər gündəlik rejimə və qidalanmaya diqqət yetirməyi tövsiyə edirlər. Terapevt Fuonq Vo bildirib ki, gün ərzində yaranan yorğunluğun səbəblərindən biri səhər yeməyində seçilən qidalar ola bilər.

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, günorta saatlarında özünü halsız və yuxulu hiss edənlər üçün mütəxəssislər gündəlik rejimə və qidalanmaya diqqət yetirməyi tövsiyə edirlər.

Terapevt Fuonq Vo bildirib ki, gün ərzində yaranan yorğunluğun səbəblərindən biri səhər yeməyində seçilən qidalar ola bilər.

Həkimin sözlərinə görə, şirin dənli məhsullar, xəmir məmulatları və şirə qanda qlükozanın səviyyəsini sürətlə yüksəldir. Bu, qısa müddət ərzində enerji versə də, saat 14:00–15:00 radələrində qlükozanın kəskin azalmasına və yorğunluq hissinin yaranmasına səbəb ola bilər.

Mütəxəssis yeməkdən sonra 10–15 dəqiqəlik qısa gəzinti etməyi də məsləhət görüb. Onun sözlərinə görə, fiziki aktivlik qanda qlükozanın səviyyəsinin sabit qalmasına və orqanizmin enerji istehsalını davam etdirməsinə kömək edə bilər.

Bundan əlavə, gün ərzində sabit rejimə riayət etmək və yatmazdan ən azı 3 saat əvvəl qida qəbulunu dayandırmaq tövsiyə olunur.

Həkim qeyd edib ki, bu qaydalara bir neçə həftə ardıcıl əməl etmək yuxunun keyfiyyətinin yaxşılaşmasına və gün ərzində özünü daha gümrah hiss etməyə kömək edə bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin