Yeni xəbərlər burada görünəcək.

GÜRCÜSTANDA "QIRMIZI KÖRPÜ" GÖMRÜK MƏNTƏQƏSİNİN NÖVBƏ RƏİSİ HƏBS EDİLDİ

LEQAL XƏBƏR verir ki, dövlət məmurunun bir vətəndaşa 200 min ABŞ dollarını məcburi bəyan etmədən Gürcüstana keçirməyə kömək edəcəyini vəd etdiyi iddia olunur. Məlumata görə, o, bu xidmət müqabilində hər belə əməliyyat üçün 8 min ABŞ dolları rüşvət tələb edib. İstintaq Xidmətinin əməkdaşları

7 baxış 3 dəq
LEQAL XƏBƏR verir ki, dövlət məmurunun bir vətəndaşa 200 min ABŞ dollarını məcburi bəyan etmədən Gürcüstana keçirməyə kömək edəcəyini vəd etdiyi iddia olunur.
Məlumata görə, o, bu xidmət müqabilində hər belə əməliyyat üçün 8 min ABŞ dolları rüşvət tələb edib.
İstintaq Xidmətinin əməkdaşları təqsirləndirilən şəxsi əvvəlcədən tələb etdiyi məbləğin bir hissəsi olan 4 min ABŞ dollarını aldığı zaman saxlayıblar.
Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan gizli istintaq tədbirləri zamanı cinayət əməlini təsdiqləyən audio və video sübutlar əldə olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin "b" bəndi ilə istintaq davam etdirilir. Həmin maddə üzrə təqsirli bilinən şəxsi 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xəbəri paylaş Dostlarınıza göndərin