Yeni xəbərlər burada görünəcək.

Hacıqabulda qayınata sərxoş kürəkənini çomaqla döydü

LEQAL XƏBƏR məlumat verir ki, Hacıqabul rayonunda qayınata kürəkənini çomaqla döyüb. Məlumata görə, hadisəyə kürəkənin evə sərxoş vəziyyətdə gəlməsi səbəb olub. 1965-ci il təvəllüdlü Müqabil Məmmədov (ad və soyad şərtidir – red.) qızı və kürəkəni ilə qonşuluqda yaşayıb. Bir neçə gün əvvəl

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Hacıqabul rayonunda qayınata kürəkənini çomaqla döyüb.

Məlumata görə, hadisəyə kürəkənin evə sərxoş vəziyyətdə gəlməsi səbəb olub.

1965-ci il təvəllüdlü Müqabil Məmmədov (ad və soyad şərtidir – red.) qızı və kürəkəni ilə qonşuluqda yaşayıb.

Bir neçə gün əvvəl M.Məmmədov gecə yatdığı vaxt qızı uşaqları ilə birlikdə onun evinə gəlib. Qızı atasına həyat yoldaşının sərxoş vəziyyətdə evə gələrək onu döydüyünü və evdən qovduğunu bildirib.

Bundan sonra M.Məmmədov özü ilə çomaq götürərək kürəkəninin evinə gedib. Orada kürəkəninin sərxoş vəziyyətdə olduğunu görüb. Tərəflər arasında mübahisə yaranıb və M.Məmmədov kürəkəninə çomaqla baş və bədən nahiyələrindən zərbələr endirib.

Hadisə yerinə polis əməkdaşları gəlib və M.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Hacıqabul Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq əldə olunub, zərərçəkmişə dəymiş ziyan ödənilib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.



Xəbəri paylaş Dostlarınıza göndərin