LEQAL XƏBƏR məlumat verir ki, kibercinayətkarlar rəqəmsal aktivlərin qorunması üçün etibarlı vasitələrdən biri hesab olunan “Coldcard” kriptovalyuta pulqabılarının proqram təminatındakı boşluqdan istifadə edərək milyonlarla dollar dəyərində “Bitcoin” ələ keçiriblər.
Məlumata görə, kiberhücum ötən həftənin sonlarından başlayıb. Hücum nəticəsində istifadəçilərin kriptovalyuta aktivlərinin qorunmasında mühüm rol oynayan sid-frazaların yaradılmasında istifadə olunan təsadüfi rəqəmlər generatorundakı qüsurdan yararlanılıb.
“Galaxy Research” şirkətinin hesabatına əsasən, hücumun ilk günündə dəymiş zərərin həcmi artıq 86 milyon dolları keçib.
Kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “Failsafe” şirkətinin rəhbəri Aneirin Flinn bildirib ki, hadisə kriptovalyuta pulqabılarında parolların yaradılması prosesinin riyazi təhlükəsizliyinin nə qədər vacib olduğunu göstərir.
Onun sözlərinə görə, istifadə olunan riyazi mexanizm zəiflədikdə və ya pozulduqda parolların əks mühəndislik yolu ilə bərpa edilməsi mümkün ola bilər.![]()