Yeni xəbərlər burada görünəcək.

HAMİYA EYNİ VAXTDA BİLDİRİŞ GƏLƏCƏK - TƏHLÜKƏ VAR

LEQAL XƏBƏR məlumat verir ki, texnologiya nəhəngi Apple dünyanın 110 ölkəsində bəzi iPhone istifadəçilərinə casus proqramlarla bağlı xüsusi təhlükəsizlik bildirişi göndərəcəyini açıqlayıb. Şirkətin məlumatına görə, xəbərdarlıqlar cihazlarının mürəkkəb və yüksək maliyyə imkanlarına malik casus

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, texnologiya nəhəngi Apple dünyanın 110 ölkəsində bəzi iPhone istifadəçilərinə casus proqramlarla bağlı xüsusi təhlükəsizlik bildirişi göndərəcəyini açıqlayıb.

Şirkətin məlumatına görə, xəbərdarlıqlar cihazlarının mürəkkəb və yüksək maliyyə imkanlarına malik casus proqram hücumlarına məruz qalma ehtimalı olan istifadəçilərə göndəriləcək.

Apple bu hücumların adi kiberhücumlardan fərqləndiyini və aşkarlanmasının olduqca çətin olduğunu bildirir. Belə hücumların əsasən jurnalistlər, siyasətçilər, hüquq müdafiəçiləri, fəallar və diplomatlar kimi xüsusi qrupları hədəf aldığı qeyd olunur.

“Pegasus” kimi casus proqramlar bu təhlükənin ən tanınmış nümunələri sırasındadır. Bu tip proqramlar cihazlara daxil olaraq istifadəçinin məlumatlarına və şəxsi informasiyasına çıxış əldə edə bilər.

Apple təhlükəsizlik bildirişi alan istifadəçilərə iPhone-un əməliyyat sistemini dərhal yeniləməyi və cihazın mövcud təhlükəsizlik imkanlarından maksimum istifadə etməyi tövsiyə edir.

Şirkət xəbərdarlıq alan şəxsləri məsələyə ciddi yanaşmağa və təhlükəsizlik tədbirlərini gecikdirməməyə çağırıb.

Xəbəri paylaş Dostlarınıza göndərin