Yeni xəbərlər burada görünəcək.

Hava Limanına hücum nəticəsində ölən və yaralananlar var

Ötən gecə Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına hücum edilib. Leqal Xəbər məlumat verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb. Məlumata görə, insident nəticəsində bir nəfər həlak olub, daha səkkiz şəxs isə

7 baxış 3 dəq

Ötən gecə Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına hücum edilib.

Leqal Xəbər məlumat verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.

Məlumata görə, insident nəticəsində bir nəfər həlak olub, daha səkkiz şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək kii, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı mübarizə aparan hökumət qüvvələrinə hərbi dəstək verən və onların mövqelərinə hava zərbələri endirən ərəb koalisiyasına rəhbərlik edir. Buna cavab olaraq husilər krallığın infrastruktur obyektlərinə qarşı hərbi hücumlar həyata keçirirlər.

Səudiyyə Ərəbistanında hava limanına hücum: Ölən və yaralananlar var - Video

Xəbəri paylaş Dostlarınıza göndərin