Yeni xəbərlər burada görünəcək.

Havada toz müşahidə olunur

LEGAL XƏBƏR Ekologiya Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Havada toz müşahidə olunur Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin

21 baxış 3 dəq

LEQAL XƏBƏR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.

Xəbəri paylaş Dostlarınıza göndərin