Yeni xəbərlər burada görünəcək.

Həcc ziyarətinin bir nəfər üçün qiyməti 6100 dollardır

2027-ci il Həcc ziyarəti üçün kvotanın 30 faizdən çoxu dolub. Leqal Xəbər bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib. Qeyd edilib ki, bu il Həcc ziyarəti üçün sənəd

8 baxış 3 dəq

2027-ci il Həcc ziyarəti üçün kvotanın 30 faizdən çoxu dolub.

Leqal Xəbər bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Qeyd edilib ki, bu il Həcc ziyarəti üçün sənəd qəbulu keçən ilkindən daha tez başlanıb. Qiymətlərin də artma ehtimalı mövcuddur.

"İlkin olaraq QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib. Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət, həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək", - deyə o qeyd edib.

Xəbəri paylaş Dostlarınıza göndərin