Yeni xəbərlər burada görünəcək.

HEYVAN KƏSİMİ QAYDALARI AÇIQLANDI

Leqal xəbər məlumat verir ki, AQTA rəsmisi Qurban bayramı günlərində heyvan kəsimi zamanı qaydalara ciddi əməl olunmasının vacib olduğunu bildirib. Məlumata görə, heyvanların kəsimi və satışı yalnız aidiyyəti qurumların müəyyən etdiyi xüsusi məntəqələrdə həyata keçirilməlidir. Küçə, yol kənarı və

9 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, AQTA rəsmisi Qurban bayramı günlərində heyvan kəsimi zamanı qaydalara ciddi əməl olunmasının vacib olduğunu bildirib.
Məlumata görə, heyvanların kəsimi və satışı yalnız aidiyyəti qurumların müəyyən etdiyi xüsusi məntəqələrdə həyata keçirilməlidir. Küçə, yol kənarı və digər ictimai yerlərdə heyvan kəsimi yolverilməz hesab olunur.
Bildirilib ki, kəsim məntəqələrində sanitariya-gigiyena qaydaları təmin edilməli, işçi heyət xüsusi geyimdən istifadə etməli və alətlər mütəmadi dezinfeksiya olunmalıdır.
AQTA həmçinin qeyd edib ki, qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində monitorinqlər davam etdirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin