Yeni xəbərlər burada görünəcək.

ŞƏHİD VÜSAL MUSAYEVİN SON FOTOSU ÜRƏK DAĞLADI

Leqal xəbər məlumat verir ki, Vətən müharibəsi şəhidi Vüsal Zakir oğlu Musayevin ailəsi onun son günləri ilə bağlı duyğusal xatirələrini bölüşüb. Şəhidin anası Vüsalə Musayeva bildirib ki, Vüsal ailəsini çox sevsə də, Vətən sevgisini hər şeydən üstün tuturdu. Anasının sözlərinə görə, Vüsalın son

6 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Vətən müharibəsi şəhidi Vüsal Zakir oğlu Musayevin ailəsi onun son günləri ilə bağlı duyğusal xatirələrini bölüşüb. Şəhidin anası Vüsalə Musayeva bildirib ki, Vüsal ailəsini çox sevsə də, Vətən sevgisini hər şeydən üstün tuturdu.
Anasının sözlərinə görə, Vüsalın son şəkli atası və qardaşı ilə birlikdə çəkilib. O qeyd edib ki, müharibəyə yollanmazdan əvvəl Vüsalın davranışlarında qəribə bir sakitlik və narahatlıq hiss olunurdu.
Ailə bildirib ki, müharibədən bir neçə gün əvvəl onların evlilik ildönümü olub və Vüsal ailəsini restorana aparıb. Həmin günlərdə hərbi komissarlıqdan çağırış gəlsə də, müharibənin başlayacağını düşünməyiblər.
Anası deyib ki, son günlər Vüsal əvvəlkindən daha səssiz idi və tez-tez “tez olun, gedək” deyirdi. Az sonra isə cəbhəyə yollanan Vüsal şəhidlik zirvəsinə ucalıb.
Xəbəri paylaş Dostlarınıza göndərin