Azərbaycan cüdoçusu Hidayət Heydərov oktyabrda Bakıda keçiriləcək dünya çempionatında 73 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.
LEQAL XƏBƏR xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli dünya çempionatına hazırlıqla bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, milli komandanın yekun heyəti hələ tam müəyyənləşməyib.
"Elcan Hacıyevin yarışda iştirakı hələlik sual altındadır. O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın yekun heyəti daha sonra açıqlanacaq", – deyə Elnur Məmmədli qeyd edib.
Xatırladaq ki, Hidayət Heydərov son olaraq Çinin Sindao şəhərində keçirilən Qran-pridə 81 kiloqram çəki dərəcəsində çıxış edərək bürünc medal qazanıb.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.![]()