Yeni xəbərlər burada görünəcək.

HİKMƏT HACIYEV: “4 MİNDƏN ÇOX İTKİNİMİZ VAR”

Leqal Xəbər məlumat verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri ilə bağlı açıqlama verib. O bildirib ki, Birinci Qarabağ müharibəsindən 30 ildən artıq

6 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri ilə bağlı açıqlama verib.
O bildirib ki, Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, 4 009 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş kimi qeydiyyatdadır.
Qeyd edilib ki, aparılan axtarış və identifikasiya işləri nəticəsində indiyədək 889 insan qalığı aşkar olunub, 313 itkin düşmüş şəxs DNT analizi və məhkəmə-tibbi ekspertiza vasitəsilə müəyyən edilib, 226 nəfərin qalıqları isə ailələrinə təhvil verilərək dəfn olunub.
Məlumata əsasən, Azərbaycanın azad edilmiş ərazilərində 32 kütləvi məzarlığın aşkarlanması prosesin miqyasını daha da aydın göstərir.
Hikmət Hacıyev vurğulayıb ki, itkin düşmüş şəxslər məsələsinin həlli humanitar məsələ olmaqla yanaşı, ədalət və sülh baxımından da xüsusi əhəmiyyət daşıyır.
Xəbəri paylaş Dostlarınıza göndərin