Yeni xəbərlər burada görünəcək.

HİKMƏT HACIYEV VƏ ARMEN QRİQORYAN ARASINDA İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB

LEQAL XƏBƏR məlumat verir ki, iyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş baş tutub. Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh

6 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, iyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş baş tutub.
Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi istiqamətində görülə biləcək tədbirlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün yekununda Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Növbəti görüşün Azərbaycanda keçirilməsi də təsdiqlənib.
Xəbəri paylaş Dostlarınıza göndərin