Leqal xəbər məlumat verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev növbəti açıqlaması ilə diqqət çəkib. O, çıxışı zamanı “karvan öz yoluna davam edir” ifadəsini işlədərək Azərbaycanın yürüdüyü siyasətin davamlı olduğunu vurğulayıb.
Hikmət Hacıyev bildirib ki, ölkəyə qarşı müxtəlif təzyiq və informasiya kampaniyalarına baxmayaraq, Azərbaycan öz strateji hədəfləri istiqamətində fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, həyata keçirilən layihələr və beynəlxalq təşəbbüslər ölkənin mövqeyini daha da gücləndirir.