Yeni xəbərlər burada görünəcək.

Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"

"Azərbaycanın İsraillə yaxşı münasibətlərə malikdir, lakin digər prinsiplərdən də yayınmırıq". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və

9 baxış 3 dəq

"Azərbaycanın İsraillə yaxşı münasibətlərə malikdir, lakin digər prinsiplərdən də yayınmırıq".

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib.

O bildirib ki, hər zaman Fələstin Dövlətinin varlığını, iki dövlətli həlli və Şərqi Qüdsün paytaxt olmasını dəstəklədiyimizi bildirilib:

"İsrailli dostlarımız da Azərbaycanın bu prinsiplərə əsaslanan mövqeyini bilirlər.

Eyni şəkildə iranlı qonşularımızla da danışırıq. Yaxşı qonşuluq münasibətlərinə hörmət edirik, bir-birimizin daxili işlərinə qarışmırıq və Azərbaycanın suveren ərazisindən qonşularımıza qarşı hər hansı bir addımın atılması mümkün deyil. Çünki qürurla qeyd edə bilərik ki, Azərbaycan ərazisində hər hansı bir xarici hərbi iştirak yoxdur".

Xəbəri paylaş Dostlarınıza göndərin