Yeni xəbərlər burada görünəcək.

HİNDİSTANDA PƏLƏNG HÜCUMU — DÖRD QADINDAN BİRİ AĞIR YARALANDI

Leqal xəbər məlumat verir ki, Hindistanda pələngin hücumu nəticəsində üç qadın həyatını itirib, daha bir qadın isə ağır yaralanıb. Hadisə Maharaştra ştatının Mendhamal kəndi yaxınlığındakı meşəlik ərazidə baş verib. Məlumata görə, qadınlar meşəyə gedərkən vəhşi heyvanın hücumuna məruz qalıblar.

16 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Hindistanda pələngin hücumu nəticəsində üç qadın həyatını itirib, daha bir qadın isə ağır yaralanıb. Hadisə Maharaştra ştatının Mendhamal kəndi yaxınlığındakı meşəlik ərazidə baş verib. Məlumata görə, qadınlar meşəyə gedərkən vəhşi heyvanın hücumuna məruz qalıblar. Daha sonra ölən şəxslərin bədən hissələri kolluq ərazidə aşkar edilib.
Hadisədən sonra Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları əraziyə cəlb olunub, yaralı qadın xəstəxanaya yerləşdirilib. Mütəxəssislər bildirirlər ki, vəhşi heyvanların yaşayış mühitinin daralması bu cür hücumların artmasına səbəb olur.

Xəbəri paylaş Dostlarınıza göndərin