Yeni xəbərlər burada görünəcək.

HƏKİM QADININ MEYİTİ GÖLDƏN TAPILDI

LEQAL XƏBƏR verir ki, Goranboy rayonunda həkim kimi çalışan qadının meyiti göldən tapılıb. Hadisə bu gün günorta saatlarında rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb. Məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Sevda Nəbiyevanın meyiti göldə aşkar edilib. Cəsəd sudan çıxarılaraq

8 baxış 3 dəq
LEQAL XƏBƏR verir ki, Goranboy rayonunda həkim kimi çalışan qadının meyiti göldən tapılıb.
Hadisə bu gün günorta saatlarında rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Sevda Nəbiyevanın meyiti göldə aşkar edilib. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bildirilib ki, S.Nəbiyeva Goranboy Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində həkim kimi fəaliyyət göstərirmiş.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş Dostlarınıza göndərin