Yeni xəbərlər burada görünəcək.

HÖKM OXUNDU

Legal Xəbər məlumat verir ki, Respublika Perinatal Mərkəzində baş vermiş və 7 körpənin həyatına son qoymuş yanğın hadisəsi ilə bağlı məhkəmə araşdırması yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətinə

6 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, Respublika Perinatal Mərkəzində baş vermiş və 7 körpənin həyatına son qoymuş yanğın hadisəsi ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Qərar məhkəmə zalında elan olunub və təqsirləndirilən şəxs dərhal həbs edilib.
Məhkəmə kollegiyası təqdim olunan çoxsaylı sübutları, ekspert rəylərini və şahid ifadələrini araşdıraraq irəli sürülən ittihamları əsaslı hesab edib.
Xatırladaq ki, Respublika Perinatal Mərkəzində yanğın 2024-cü ilin yanvar ayında baş vermiş, hadisə nəticəsində 7 körpə həyatını itirmişdi. Faktla bağlı aparılan istintaq çərçivəsində bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Xəbəri paylaş Dostlarınıza göndərin