Yeni xəbərlər burada görünəcək.

Hövsan-Türkan yolunda məhdudiyyət olacaq

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda (kanala yaxın ərazidə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.AYNA-dan Leqal Xəbər-ə məlumat daxil olub. Məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti

9 baxış 3 dəq

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda (kanala yaxın ərazidə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.AYNA-dan Leqal Xəbər-ə məlumat daxil olub.

Məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən,

- 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları;
- 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası - Hövsan bağları;
- 215 nömrəli marşrut Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları (məhdudiyyət tətbiq edilən ərazi) istiqamətində fəaliyyət göstərəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin