Yeni xəbərlər burada görünəcək.

Hərbçinin öldüyü qəzanın təfərrüatı.

Bakı-Quba magistralının Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Hadisə ilə bağlı ərazidə yaşayan sakinlərin sözlərinə görə, həyatını itirən şəxs hərbi qulluqçu olub. Bildirilir ki, o, yemək məqsədilə hərbi hissənin qarşısında

8 baxış 3 dəq

Bakı-Quba magistralının Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Hadisə ilə bağlı ərazidə yaşayan sakinlərin sözlərinə görə, həyatını itirən şəxs hərbi qulluqçu olub. Bildirilir ki, o, yemək məqsədilə hərbi hissənin qarşısında yerləşən kafeyə gedib. Geri qayıdarkən yolu keçmək istəyən zaman avtomobilin vurması nəticəsində ağır xəsarətlər alıb və hadisə yerində həyatını itirib.

Sakinlər qəzanın baş verdiyi ərazidə küçə işıqlandırmasının olmadığını bildirirlər. Onların sözlərinə görə, yolun qaranlıq olması həm piyadaların hərəkətini çətinləşdirir, həm də sürücülər üçün ciddi təhlükə yaradır.

Qeyd olunur ki, həmin ərazidə işıqlandırma sisteminin olmaması yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır və sürücülərin piyadaları vaxtında görməsinə mane olur.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin