Yeni xəbərlər burada görünəcək.

HƏRBİ ÇAĞIRIŞLA BAĞLI SƏRƏNCAM İMZALANDI

Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və ehtiyata buraxılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olan, həmçinin

5 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və ehtiyata buraxılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olan, həmçinin 1996–2007-ci illərdə anadan olmuş, müddətli həqiqi hərbi xidmət keçməyən və çağırışdan möhlət hüququ olmayan şəxslər hərbi xidmətə çağırılacaqlar.
Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş xidmət müddətini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Sərəncam ölkədə növbəti çağırış prosesinin həyata keçirilməsi məqsədi daşıyır.
Xəbəri paylaş Dostlarınıza göndərin