Yeni xəbərlər burada görünəcək.

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşdirilir

Hərbi hissəni özbaşına tərk edən və ya üzrlü səbəb olmadan xidmət yerinə vaxtında gəlməyən zabit, gizir, miçman və müddətdən artıq xidmət edən hərbçilərə yeni cərimələr tətbiq oluna bilər. Pozuntu 1 gündən artıq, 10 gündən çox olmayaraq davam etdikdə 200–300 manat cərimə və ya 15 günədək inzibati

5 baxış 3 dəq

Hərbi hissəni özbaşına tərk edən və ya üzrlü səbəb olmadan xidmət yerinə vaxtında gəlməyən zabit, gizir, miçman və müddətdən artıq xidmət edən hərbçilərə yeni cərimələr tətbiq oluna bilər.

Pozuntu 1 gündən artıq, 10 gündən çox olmayaraq davam etdikdə 200–300 manat cərimə və ya 15 günədək inzibati həbs nəzərdə tutulur.

Xəta bir il ərzində təkrar törədildikdə 300–500 manat cərimə və ya 10 gündən 1 ayadək inzibati həbs təklif olunur.

Dəyişikliklər Milli Məclisin komitəsində müzakirəyə çıxarılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin