Yeni xəbərlər burada görünəcək.

HƏRBİ XİDMƏTDƏN YAYINDIRMA İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

LEQAL XƏBƏR verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəis müavini, Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Mədətsoylu Niyam Etibar

7 baxış 3 dəq

LEQAL XƏBƏR verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəis müavini, Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Mədətsoylu Niyam Etibar oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, Niyam Mədətsoylu 2022–2026-cı illərdə vəzifədə işlədiyi dövrdə sağlamlıq vəziyyətinə görə əvvəllər hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla külli miqdarda rüşvət alıb.

Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri (təkrarən külli miqdarda rüşvət alma) ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Niyam Mədətsoylu barəsində həbs qətimkan tədbiri seçilib, eyni zamanda vəzifədən kənarlaşdırılıb.

Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Xəbəri paylaş Dostlarınıza göndərin