Yeni xəbərlər burada görünəcək.

Şəhərsalma siyasəti hazırlanacaq

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma siyasətlərinin hazırlanması nəzərdə tutulur. Leqal Xəbər məlumat verir ki, bu barədə Malayziyanın Mənzil Tikintisi və Yerli Özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə

6 baxış 3 dəq
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma siyasətlərinin hazırlanması nəzərdə tutulur.
Leqal Xəbər məlumat verir ki, bu barədə Malayziyanın Mənzil Tikintisi və Yerli Özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda WUF13-ün açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, forum çərçivəsində şəhərlərin dayanıqlı inkişafı, müasir urbanizasiya çağırışları, yaşayış infrastrukturunun təkmilləşdirilməsi və şəhər idarəçiliyi ilə bağlı yeni siyasətlərin hazırlanması istiqamətində müzakirələr aparılacaq.
Qeyd edək ki, WUF13 şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal təcrübə mübadiləsinin təşviqi baxımından mühüm platforma hesab olunur.
Xəbəri paylaş Dostlarınıza göndərin