Yeni xəbərlər burada görünəcək.

Hücumlara baxmayaraq İran raket potensialını qoruyub və bərpa edib

LEQAL XƏBƏR məlumat verir ki, "Financial Times" nəşrinin ekspertlərə istinadən yaydığı məlumata görə, ABŞ tərəfindən beş ay davam edən hücumlara baxmayaraq, İranın raket bölmələri döyüş qabiliyyətini və əməliyyat potensialını qoruyub saxlaya bilib. Bildirilir ki, İran mühəndisləri

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, "Financial Times" nəşrinin ekspertlərə istinadən yaydığı məlumata görə, ABŞ tərəfindən beş ay davam edən hücumlara baxmayaraq, İranın raket bölmələri döyüş qabiliyyətini və əməliyyat potensialını qoruyub saxlaya bilib.

Bildirilir ki, İran mühəndisləri bombardmanlardan sonra yeraltı raket bazalarını qısa müddətdə bərpa etməyə nail olublar. Ekspertlərin fikrincə, bu, ölkənin hərbi infrastrukturunun çevik şəkildə fəaliyyətini davam etdirdiyini göstərir.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş hərbi analitiki Cim Lemson bildirib ki, İordaniyada yerləşən kazarmalara endirilən son zərbələr İranın ABŞ və ərəb ölkələrinin raketdən müdafiə sistemlərini aşmaq imkanlarını nümayiş etdirib. Onun sözlərinə görə, İran orta mənzilli ballistik raketlərinin dəqiqliyini və müdafiə sistemlərini yarmaq qabiliyyətini artıraraq əvvəlki münaqişələrdən əldə etdiyi təcrübə əsasında texniki və taktiki yeniliklər həyata keçirir.

Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun analitiki Fərzin Nədimi isə qeyd edib ki, ballistik raketlərin uçuşunun son mərhələsində onların qarşısının alınması getdikcə daha çətinləşir və bu sahədə ABŞ-nin İsraillə sıx əməkdaşlığa ehtiyacı yarana bilər.

Məlumata görə, ABŞ-nin İrana qarşı həyata keçirdiyi çoxsaylı aviazərbələrə baxmayaraq, İran raket qoşunları döyüş qabiliyyətini qoruyub saxlayıb və regiondakı müxtəlif hədəflərə, o cümlədən İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərə yüksək dəqiqlikli zərbələr endirmək imkanını davam etdirir.

Xəbəri paylaş Dostlarınıza göndərin