Yeni xəbərlər burada görünəcək.

Husilər qələbəni küçələrdə qeyd etdi

LEQAL XƏBƏR məlumat verir ki, Yəməndəki “Ənsar Allah” (hüsi) hərəkatının silahlı qüvvələri Taiz əyalətində strateji əhəmiyyətə malik Ət-Turba şəhərinə daxil olaraq nəzarəti tamamilə ələ keçiriblər. Məlumata görə, hücum nəticəsində Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Yəmən hökumət qoşunları

11 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Yəməndəki “Ənsar Allah” (hüsi) hərəkatının silahlı qüvvələri Taiz əyalətində strateji əhəmiyyətə malik Ət-Turba şəhərinə daxil olaraq nəzarəti tamamilə ələ keçiriblər.
Məlumata görə, hücum nəticəsində Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Yəmən hökumət qoşunları şəhərdən tamamilə çıxarılıb.
Şəhər üzərində nəzarət təmin edildikdən dərhal sonra mərkəzi bazarda və küçələrdə hüsi tərəfdarları tərəfindən kütləvi bayram tədbirləri və nümayişlər təşkil olunub.
Ət-Turba şəhərinin nəzarətə götürülməsi hüsilərə Taiz əyalətinin cənub istiqamətində, eləcə də strateji dəniz marşrutlarına yaxın ərazilərdə mövqelərini daha da möhkəmləndirmək imkanı yaradır.
Xəbəri paylaş Dostlarınıza göndərin