İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Həyat yoldaşını 25 min dollara öldürtmək istəyən şəxs saxlanılıb

Gürcüstanın Qardabani bələdiyyəsində keçmiş həyat yoldaşını sifarişlə öldürməyi planlaşdıran şəxs saxlanılıb. Leqal Xəbər bildirir ki, Report-un məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları

8 baxış 3 dəq
Həyat yoldaşını 25 min dollara öldürtmək istəyən şəxs saxlanılıb

Gürcüstanın Qardabani bələdiyyəsində keçmiş həyat yoldaşını sifarişlə öldürməyi planlaşdıran şəxs saxlanılıb.

Leqal Xəbər bildirir ki, Report-un məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, şübhəli şəxs boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşını öldürtmək qərarına gəlib. O, tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində qatil tapmasını istəyib.

Məhkəmə qərarı əsasında keçirilən gizli istintaq tədbirləri zamanı şübhəlinin cinayətin keçmiş həyat yoldaşının 3 azyaşlı övladının anasının yanında olmadığı vaxt törədilməsini tələb etdiyi müəyyən olunub.

Axtarış zamanı saxlanılan şəxsin yaşadığı evdən müxtəlif növ odlu silahlar, döyüş sursatları və tanışı ilə əlaqə saxladığı mobil telefon maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, saxlanılan şəxs əslən azərbaycanlı Rəfi Orucov adlı şəxsdir.

Xəbəri paylaş Dostlarınıza göndərin