İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

İcbari tibbi sığorta ilə bağlı YENİLİK

LEQAL XƏBƏR məlumat verir ki, Milli Məclis "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişiklikləri son oxunuşda qəbul edib. Qəbul edilən dəyişikliklərə əsasən, "Tibbi sığorta haqqında" qanuna icbari tibbi sığorta fondu anlayışı

8 baxış 3 dəq
İcbari tibbi sığorta ilə bağlı YENİLİK

LEQAL XƏBƏR məlumat verir ki, Milli Məclis "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişiklikləri son oxunuşda qəbul edib.

Qəbul edilən dəyişikliklərə əsasən, "Tibbi sığorta haqqında" qanuna icbari tibbi sığorta fondu anlayışı əlavə olunur.

Bununla yanaşı, icbari tibbi sığorta ilə bağlı əməliyyatların müvafiq dövlət orqanının informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsasları müəyyən edilir.

Yeni qaydalara əsasən, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələri apteklər tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında təqdim ediləcək.

Bildirilib ki, dəyişikliklərin qəbulundan sonra icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi bazası təkmilləşdiriləcək, icbari tibbi sığorta şəhadətnaməsi elektron formada yaradılacaq və ambulator dərman vasitələrinin elektron reseptlə verilməsi qanunvericiliklə tənzimlənəcək.

Eyni zamanda, əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmə reabilitasiya xidmətləri sahəsində səlahiyyət bölgüsünə uyğunlaşdırılacaq.

Qanun layihəsi müzakirələrdən sonra son oxunuşda qəbul edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin