Leqal xəbər məlumat verir ki, Ədliyyə Nazirliyinin Kollegiyası “Xüsusi icra məmurunun fəaliyyəti üzrə kargüzarlığın aparılması qaydaları”nı təsdiqləyib. Yeni qaydalar xüsusi icra məmurlarının sənədlərlə iş, qeydiyyat və icra prosesində kargüzarlığın təşkili mexanizmini müəyyən edir.
Qərara əsasən, xüsusi icra məmurları icra sənədlərinin qəbulu, saxlanılması, arxivləşdirilməsi və elektron məlumat bazalarının aparılması zamanı müəyyən edilmiş prosedurlara əməl etməlidirlər. Qaydalara riayət olunmasına nəzarət isə aidiyyəti qurum tərəfindən həyata keçiriləcək.