Yeni xəbərlər burada görünəcək.

"İDRAK" LİSEYİNDƏ MÜƏLLİMƏNİ GÜLLƏLƏYƏN ŞAGİRDDƏN XƏBƏR VAR

LEQAL XƏBƏR məlumat verir ki, Bakıda fəaliyyət göstərən "İdrak" liseyində müəlliməni güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən

6 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Bakıda fəaliyyət göstərən "İdrak" liseyində müəlliməni güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatət qaldıraraq onun ev dustaqlığına buraxılmasını və məhkəmə baxışının qapalı keçirilməsini istəyiblər.
Qarşı tərəf vəsatətlərə etiraz etməsə də, məhkəmə hər iki müraciəti təmin etməyib.
Məhkəmənin növbəti iclası iyulun 1-nə təyin olunub.
Qeyd edək ki, hadisə fevralın 6-da Binəqədi rayonunda yerləşən "İdrak" liseyində baş verib. Baş Prokurorluğun yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllimə xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb və fevralın 7-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Yeniyetməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.2.2-ci maddələri ilə, yəni xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd ittihamı irəli sürülüb.
Xəbəri paylaş Dostlarınıza göndərin