Yeni xəbərlər burada görünəcək.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində 12 yaşlı qız evdən çıxıb və geri qayıtmayıb. Leqal Xəbər bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası Zakir İmanov bildirib ki, qızı Mələk noyabrın 2-də saat 19:35-də "Kristal 1" yaşayış kompleksindəki evindən çıxıb və sonra

10 baxış 3 dəq

Abşeron rayonunun Xırdalan şəhərində 12 yaşlı qız evdən çıxıb və geri qayıtmayıb.

Leqal Xəbər bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Uşağın atası Zakir İmanov bildirib ki, qızı Mələk noyabrın 2-də saat 19:35-də "Kristal 1" yaşayış kompleksindəki evindən çıxıb və sonra ondan xəbər alınmayıb.

Valideyn polisə müraciət etdiyini də deyib: "Həyətdə iki kamera var. Amma xalçayuma məntəqəsinin qarşısında olan kamera görüntüsünə sahibi baxmağa icazə vermir", - deyə o bildirib.

Qeyd edək ki, uşağın bir qolunda problemin olduğu bildirilib. O, dükana getmək üçün evdən çıxıb. O da qeyd edilib ki, qızın atası Zakir İmanov müharibə iştirakçısı olub.

Leqal Xəbər-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, yeniyetmə barədə axtarış elan olunub:

"Polis tərəfindən itkin düşmə kimi axtarışa elan edilmiş şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində tədbirlər görülür".

Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı Mələk İmanova tapılıb.

Leqal Xəbər APA-ya istinadən bildirir ki, bu barədə azyaşlının yaxınları məlumat veriblər.



Xəbəri paylaş Dostlarınıza göndərin