Yeni xəbərlər burada görünəcək.

İki nəhəng axın birləşib ölkəmizə gəlir

ŞİMAL axınının 2-ci dalğası ölkəmizə necə gəlir? İki dondurucu hava mərkəzi eyni vaxtda hərəkətə keçir: Qərb qolu: Polşa üzərindəki yüksək təzyiq Baltik dənizindən keçərək Pribaltika və Peterburqdan quruya çıxır Şimal-Şərq qolu: Ağ dəniz və Murmansk üzərindəki təzyiq sahəsi Arktika havasını

7 baxış 3 dəq

ŞİMAL axınının 2-ci dalğası ölkəmizə necə gəlir?

İki dondurucu hava mərkəzi eyni vaxtda hərəkətə keçir:

Qərb qolu: Polşa üzərindəki yüksək təzyiq Baltik dənizindən keçərək Pribaltika və Peterburqdan quruya çıxır

Şimal-Şərq qolu: Ağ dəniz və Murmansk üzərindəki təzyiq sahəsi Arktika havasını Arxangelsk və Moskva xətti ilə cənuba üfürür.

Birləşmə: Bu iki kütlə Rusiyanın mərkəzində, Tula-Voronej ətrafında qarşılaşaraq birləşir və nəhəng bir soyuq cəbhə yaradır.

2. Cənuba Yürüş

Birləşmiş cəbhə Voronej və Volqoqrad xətti ilə Qafqaza doğru enir. Hava kütləsinin əsas gövdəsi Böyük Qafqaz dağları ilə qarşılaşaraq parçalanır və ölkəmizə doğru fərqli marşrutlarla hərəkət edir.

3. Qərb Qolunun Sirləri və Zaqatala Süzülməsi
Rütubətli sol qol Gürcüstanın şərqi və Azərbaycanın şimal-qərbinə doğru axır:

Sürətin Yağışa Çevrilməsi: Qərb qolu daxildəki hava basqısı və relyefə görə sürətli "qərb küləyi" kimi girə bilmir, üfüqi sürəti boğulur.

Enerji İtkisi və Bol Leysan:

Bu nəhəng rütubətli axın Böyük Qafqaz dağlarının cənub yamaclarına (Zaqatala-Balakən) çırpılır.

Dağlara dəyib az da olsa içəri süzülür, lakin irəliyə gedə bilmədiyi üçün bütün kinetik enerjisini və sürətini oradaca itirir. Gücünü itirən kütlə dağ ətəyində şaquli sıxılıb kəskin soyuyur; fırtına yaratmaq əvəzinə Gürcüstanın şərqində, Zaqatalada və qərbdə bol leysan yağışları olaraq yerə tökülür.

4. Xəzər Dəhlizi

Qərb qolu dağlara dəyib yağışa çevrildiyi üçün, nəhəng kütlənin əsas külək gövdəsi məcburi olaraq yeganə tam açıq yol olan Xəzər dənizi dəhlizinə yönəlir

Yolüstü Şimal Sahilləri:
Külək dənizin hamar və sürtünməsiz səthi ilə böyük sürət yığaraq ilk olaraq Xaçmaz-Yalama sahillərinə girir və buradakı dağlara çırpılaraq yağış buraxır.
Abşerona çırpılma: Heç bir maneə görmədən dənizdə güc toplayan bu dalğa, avqustun 14-ü axşam saatlarında şiddətli Xəzri küləyi kimi Abşeron yarımadasına və Bakıya çırpılır.
Neftçala marşrutu: Sürətlə irəliləyən axın dənizlə aşağı enib Talış və Əlbruz dağlarına çırpılaraq yağış yağdırır, Neftçalanın açıq düzənliyindən quruya girərək ölkə ərazisinə yayılır.

Xəbəri paylaş Dostlarınıza göndərin