LEQAL XƏBƏR məlumat verir ki, paytaxtın Nərimanov rayonunda azyaşlının binadan yıxılması ilə nəticələnən hadisə baş verib.
Məlumata görə, hadisə iyulun 10-da axşam saatlarında rayon ərazisində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
2024-cü il təvəllüdlü uşaq yaşadığı mənzilin 3-cü mərtəbəsindəki eyvandan yıxılıb.
Ağır xəsarətlər alan körpə dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir.