Yeni xəbərlər burada görünəcək.

İKİNCİ AVROPA ÇEMPİONLUĞU

Legal Xəbər məlumat verir ki, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov milli komandanın ikinci dəfə Avropa çempionu olmasını ölkə idmanı və futbolu üçün böyük hadisə adlandırıb. O bildirib ki, Slovakiyada keçirilən turnirdə qazanılan qələbə tarixi uğurdur. Federasiya rəhbəri

10 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov milli komandanın ikinci dəfə Avropa çempionu olmasını ölkə idmanı və futbolu üçün böyük hadisə adlandırıb.
O bildirib ki, Slovakiyada keçirilən turnirdə qazanılan qələbə tarixi uğurdur. Federasiya rəhbəri komandanı, məşqçilər heyətini, azarkeşləri və bu uğurda əməyi olan hər kəsi təbrik edib. Onun sözlərinə görə, həm Azərbaycandan, həm də Avropanın müxtəlif şəhərlərindən gələn azarkeşlər milliyə güclü dəstək göstəriblər.
Orxan Məmmədov qeyd edib ki, Azərbaycanın yenidən Avropa çempionu olması böyük qürur mənbəyidir və bu nəticə ölkədə minifutbolun inkişafının göstəricisidir. O, komandanın son illərdə qazandığı uğurlar sayəsində rəqiblərin Azərbaycana daha ciddi yanaşdığını vurğulayıb.
Federasiya prezidenti əldə olunan nailiyyətdə əməyi keçən bütün futbolçulara, məşqçilərə və federasiya əməkdaşlarına təşəkkür edərək, bu uğurun Azərbaycan idman tarixində xüsusi yer tutduğunu bildirib.
Xəbəri paylaş Dostlarınıza göndərin