Kürdəmir rayonunun Şıxımlı kəndində ildırım vurması nəticəsində daha bir nəfər həyatını itirib.
Hadisə sentyabrın 29-da axşam saatlarında baş verib. Məlumata görə, kənd sakini, 1975-ci il təvəllüdlü Baba Habil oğlu Calalovu ildırım vurub.
B. Calalov hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, bu, Şıxımlı kəndində son günlər ərzində ildırım vurması nəticəsində qeydə alınan ikinci ölüm hadisəsidir. Eyni kənddə daha əvvəl də bir nəfərin ildırım vurması nəticəsində həyatını itirdiyi bildirilir.